• Bakı 28° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Kreml 7-9 may tarixlərində bağlı olacaq

DÜNYA

06 May 2025 | 14:16

Kreml 7-9 may tarixlərində bağlı olacaq

Moskvada Qələbə Günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml üç gün ərzində ziyarətçilər üçün bağlı olacaq.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb.

Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq.

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8 və 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.

Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.

Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


SON XƏBƏRLƏR

06 Iyul 2025