• Bakı 25° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirinə start verilib

İDMAN

06 May 2025 | 14:40

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirinə start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda 13 ölkədən 14 yaş qrupunda 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.

Yerli idmançılardan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır. Bu yaş kateqoriyasında yarışa mayın 10-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

26 Iyun 2025