• Bakı 16° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

İngiltərə Premyer Liqasının oyunu təxirə salındı

İDMAN

06 May 2025 | 18:33

İngiltərə Premyer Liqasının oyunu təxirə salındı

İngiltərə Premyer Liqasının XXXVII turu çərçivəsində keçiriləcək "Aston Villa" - "Tottenhem" matçı təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Klub UEFA Avropa Liqasının finalında mümkün iştirakına görə görüşün başqa vaxtda keçirilməsi üçün İngiltərə Futbol Assosiasiyasına müraciət edib.

Qərara əsasən, matç mayın 16-da, Bakı vaxtı ilə saat 20:30-da təşkil olunacaq.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə Norveç təmsilçisi “Bodo-Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması mayın 8-də təşkil olunacaq.


SON XƏBƏRLƏR