İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi" 10 nömrəli formanı kimin geyinəcəyini açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Koul Palmer 10 nömrəli formanın yeni sahibi olacaq.
Qeyd edək ki, London komandası "Çelsi", 2024-cü ilin dekabrında cəzalandırıldıqdan sonra bir ildir heyətdə olmayan Mudrikdən simvolik 10 nömrəli formanın alındığını bildirib.
Mina Mikayılova