• Bakı 23° C

    17.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Arda “Şaxtyor”da ilk oyununa çıxdı

İDMAN

05 Iyul 2025 | 15:30

Arda “Şaxtyor”da ilk oyununa çıxdı

Ukraynanın "Şaxtyor" komandası türkiyəli mütəxəssis Arda Turanın baş məşqçiliyi altında ilk oyuna çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Donetsk təmsilçisi Sloveniyadakı yay təlim-məşq toplanışı çərçivəsindəki yoxlama matçında Xorvariyanın "Qoritsa" klubu ilə üz-üzə gəlib.

Oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 51-ci dəqiqədə Eqinaldu vurub.

"Şaxtyor" növbəti yoxlama görüşünü iyulun 6-da Çexiyanın "Slovatsko" komandasına qarşı keçirəcək.

Xatırladaq ki, Arda Turanın komandası yeni mövsümdə Ukraynanı UEFA Avropa Liqasında təmsil edəcək. Onlar yarışın birinci təsnifat mərhələsində ilk matçını iyulun 10-da Finlandiyanın "İlves" komandasını qarşı qarşı keçirəcək. "Şaxtyor" cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək. 


SON XƏBƏRLƏR