• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

"Liverpul" Diası "Barselona"ya satmaqdan imtina etdi

İDMAN

05 Iyun 2025 | 17:40

Liverpul Diası Barselonaya satmaqdan imtina etdi

İngiltərənin "Liverpul" klubu futbolçusu Luis Diası "Barselona"ya satmaqdan imtina edib.

Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı oyunçunun satılmadığını açıqlayıb.

"Barselona" ilə yanaşı Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"in də maraq dairəsində olan futbolçunun transferə isti yanaşmadığı və "Liverpul"da qalmaq niyyətində olduğu bildirilib.

Qeyd edək ki, vinger 2022-ci ildə Portuqaliyanın "Porto" klubundan İngiltərə təmsilçisinə transfer olunub. O, Liverpul komandasının heyətində meydana çıxdığı 148 matçda 41 qola və 23 məhsuldar ötürməyə imza atıb. L.Dias 2024/2025 mövsümündə 17 qola müəlliflik edib.

Arne Slotun baş məşqçisi olduğu kollektiv 84 xalla Premyer Liqada son mövsümün qalibi adını qazanıb.


SON XƏBƏRLƏR