• Bakı 16° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

"Mədəni əlaqələrimiz müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir" - Prezident

SİYASƏT

06 May 2025 | 19:07

Mədəni əlaqələrimiz müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir - Prezident

Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib: “Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi”.

Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.


SON XƏBƏRLƏR