“Bu il 30 yeni vaqon xəttə veriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
Qeyd edib ki, 10 yeni stansiyanın tikilməsi qatar sayının artmasını tələb edəcək.
“Bu səbəbdən 5 il ərzində 300-dək yeni vaqonun alınması üçün hazırda monitorinqlər aparılır. Əlavə edim ki, bununla vaqonlara texniki xidmət imkanlarının genişlənməsi də zəruri olacaq. Buna görə də“Xocəsən” deposunun ikinci mərhələsi başlayacaq”.
Mina Mikayılova