• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Emin Əmrullayev: Dərslərin başlama saatını qrafikə uyğun dəyişmək olar

CƏMİYYƏT

06 Fevral 2025 | 16:34

Emin Əmrullayev: Dərslərin başlama saatını qrafikə uyğun dəyişmək olar

“Dərs saatlarının başlama vaxtını məktəb rəhbərliyi və valideynlər təyin edə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

E.Əmrullayevin sözlərinə görə, orta məktəblərlə valideynlərin işə getmə saatı arasında əlaqə olduğundan dərslər səhər səkkizdə başlayır:

“Valideyn öz övladını dərsə qoyub işə gedir. Əgər bu uzlaşmanı təmin edə biləriksə, niyə də yox? Belə bir qərar təhsilə zərər vurmayacaqsa bunu mümkün hesab edirik".

Nazir diqqətə çatdırıb ki, əgər valideynlər dərsin başlama saatının səkkiz yox, başqa saata uyğun olduğunu desə, bu barədə addımları qrafik əsasında həyata keçirmək mümkün olar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Fevral 2025