• Bakı C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Prezident: Abdullahian mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək

SİYASƏT

08 Yanvar 2025 | 01:10

Prezident: Abdullahian mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək

Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    “Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.”, - deyə Prezident İlham Əliyev bildirib.


    SON XƏBƏRLƏR