Ermənistanın İrandakı səfiri Qriqor Akopyan etimadnaməsini Prezident Məsud Pezeşkiana təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Səfir Ermənistan hökumətinin İranla bütün istiqamətlərdə münasibətləri dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.
Bildirilib ki, tərəflər Ermənistan-İran münasibətlərinin cari gündəliyinə toxunublar.