• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Avstriyada hökumət böhranı: 130 gündür razılıq əldə olunmur

DÜNYA

06 Fevral 2025 | 14:34

Avstriyada hökumət böhranı: 130 gündür razılıq əldə olunmur

Avstriyada 29 sentyabr 2024-cü ildə keçirilən seçkilərdən 130 gün keçməsinə baxmayaraq, hələ də hökumət qurula bilməyib. Bu, ölkə tarixində ən uzun koalisiya danışıqları kimi qeydə alınıb.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, sabiq baş nazir Karl Nehammerin (ÖVP) SPÖ və NEOS partiyaları ilə apardığı iki aylıq danışıqlar nəticəsiz qaldıqdan sonra, prezident Alexander Van der Bellen 6 yanvarda hökumət qurmaq mandatını aşırı sağçı FPÖ lideri Herbert Kicklə verib.

FPÖ ilə danışıqlara razılıq verən yeganə partiya ÖVP olsa da, tərəflər arasında AB siyasəti, Rusiyaya münasibət və sosial dəstək məsələlərində ciddi fikir ayrılıqları yaranıb.

ÖVP danışıqların çətin mərhələyə keçdiyini açıqlayıb və partiya lideri Christian Stocker prezidentlə görüşüb.

Bu gün isə FPÖ lideri Kickl-in prezidentlə görüşü gözlənilir. Görüş nəticəsində hökumət qurulub-qurulmayacağı və ya ölkənin erkən seçkilərə gedib-getməyəcəyi aydın olacaq.

Nuriyyə Musayeva

 


SON XƏBƏRLƏR

06 Fevral 2025