• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

İstanbulda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

DÜNYA

06 Fevral 2025 | 14:56

İstanbulda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

İstanbulun mərkəzində restoranlardan birində baş verən yanğın söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, ölən və ya xəsarət alan olmayıb.

Yanğının səbəbləri hələ ki müəyyən edilməyib, lakin obyektin yerləşdiyi dördmərtəbəli bina tamamilə yanıb.

Qonşu binalara da ziyan dəyib.

***

14:30

İstanbulun mərkəzində restoran yanır, hadisə yerində çox sayda yanğınsöndürmə briqadaları işləyir.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, restoran tarixi Misir bazarının yaxınlığında, Eminönü ərazisində yerləşir.

Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.

Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerində təcili tibbi yardım briqadaları da işləyir.


SON XƏBƏRLƏR

06 Fevral 2025