• Bakı 29° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

“Qatar Airways” Dəməşqə ilk uçuşunu reallaşdırıb

DÜNYA

07 Yanvar 2025 | 17:55

“Qatar Airways” Dəməşqə ilk uçuşunu reallaşdırıb

Qətər milli aviaşirkəti “Qatar Airways”ə məxsus təyyarə Suriyada hakimiyyət dəyişikliyindən sonra Doha-Dəməşq marşrutu üzrə ilk kommersiya uçuşunu həyata keçirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Qətərin Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Bu gün Dəməşq Beynəlxalq Hava Limanına ilk kommersiya təyyarəsi gəlib. “Qatar Airways”ə məxsus təyyarə saat 10:05-də Dohadan uçub", - o, brifinqdə bildirib.

Qətər XİN rəsmisinin sözlərinə görə, təyyarədə 200 sərnişin olub.

Əl-Ənsari qeyd edib ki, yanvarın 6-da Qətər silahlı qüvvələrinin səkkizinci təyyarəsi göyərtəsində humanitar yardımla Dəməşqə eniş edib. Onun sözlərinə görə, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Qətərdən Suriyaya çatdırılan yardımın ümumi həcmi 231 ton təşkil edib.


SON XƏBƏRLƏR

16 Iyul 2025