• Bakı 29° C

    7.87 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Saxta içki daha bir can aldı

DÜNYA

07 Yanvar 2025 | 16:21

Saxta içki daha bir can aldı

Türkiyədə bir kişi saxta spirtli içkidən ölüb.

Bakıvaxtı.az
bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Mersində ailəsi ilə birlikdə yaşayan Yusuf Ünlü yeni il gecəsi naməlum şəxslərdən aldığı spirtli içki qəbul etdikdən qısa müddət sonra xəstələnib.

Nəfəs almaqda çətinlik çəkən Ünlü yaxınlarının xəbər verməsindən sonra təcili yardım maşını ilə Toros Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxanada intubasiya edilən Yusuf Ünlünü bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026