Azərbaycanda terrorçuluğa dair və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunan Həmzə Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin istintaqı yekunlaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Həmzə Məmmədlinin 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Sonra hakim hökmü elan edib. Hokmə əsasən Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, hələ 2018-ci il iyulun 18-də Həmzə Məmmədli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırış) və 281.2-ci (Dövlətə əleyhinə yönələn açıq çağırış) maddələri ilə cinayət işi açılıb. O, qiyabi həbs olunub və axtarışa verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində cinayət işi başlanıb.