Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Laqodexi bələdiyyəsinin Qabal kəndində orta yaşlı kişinin cəsədi tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, meyit kənd qəbiristanlığının yaxınlığında aşkarlanıb. Sakinlərin sözlərinə görə, qəbiristanlıqda işləyən həmin şəxs qətlə yetirilib.
Məlumata görə, bir neçə ay əvvəl onun yerli sakinlərlə mübahisəsi olub və bundan sonra o, yoxa çıxıb. Ailə üzvləri həmin vaxtdan onu itkin kimi axtarıblar.
Bildirilib ki, bir neçə gün öncə onun telefonu və şəxsiyyət vəsiqəsi tapılıb, daha sonra isə cəsədi aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. /APA