• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb

İQTİSADİYYAT

08 Yanvar 2025 | 13:25

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 890 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.7% və ya 2 milyard 282 milyon manat artıb.

    Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 313 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 937 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 321 milyon manatı bankomatlar vasitəsi ilə, 307 milyon manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsi ilə həyata keçirilib.

    Xatırladaq ki, 2024-cü il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 248 min təşkil edib.


    SON XƏBƏRLƏR

    08 Yanvar 2025