• Bakı C

    7.3 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

UEFA Fransa klubuna sanksiya tətbiq edə bilər

İDMAN

07 Yanvar 2025 | 18:00

UEFA Fransa klubuna sanksiya tətbiq edə bilər

Fransanın PSJ klubuna UEFA tərəfindən sanksiya tətbiq oluna bilər.

Bakıvaxtı.az "L'Equipe"ə istinadən xəbər verir ki, buna səbəb Paris təmsilçisinin hazırda İspaniyanın "Real" klubunda çıxış edən Kilian Mbappeyə olan borcudur.

Futbolçunun vəkilləri dekabrın 20-də Fransa Futbol Federasiyasının Ali Apellyasiya Komissiyasına paytaxt klubuna sanksiyalar tətbiq olunması tələbi ilə şikayət ediblər. Buna baxmayaraq, klub hələ də hücumçuya ödəniş etməyib.

Xatırladaq ki, sentyabrda Fransa Peşəkar Futbol Liqası (LFP) Paris təmsilçisinin hücumçuya 55 milyon avro borcunu ödəməsi ilə bağlı qərar çıxarıb. K.Mbappe ötən ilin yayında PSJ-dən "Real"a azad agent kimi keçib.


SON XƏBƏRLƏR