• Bakı 20° C

    6.87 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Həmyerlimizin iştirak edəcəyi "UFC Fight Night" turnirinin posteri

İDMAN

06 Fevral 2025 | 17:27

Həmyerlimizin iştirak edəcəyi UFC Fight Night turnirinin posteri

Fevralın 15-də Las-Veqasda (ABŞ) azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxovun iştirakı ilə keçiriləcək "UFC Fight Night" turniri üçün poster təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-də yaşayan həmyerlimiz braziliyalı İsmael Bonfimlə döyüşəcək.

Onların qarşılaşması gecənin üçüncü ən vacib döyüşüdür.

Əsas döyüş isə posterdə əksini tapan Cared Kannonier (ABŞ) və Qreqori Rodriges (Braziliya) arasında olacaq.

Qeyd edək ki, Sadıxov sonuncu döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq qarşılaşmanın sonunda hakimlər heç-heçə qeydə alıblar.


SON XƏBƏRLƏR

13 Oktyabr 2025