• Bakı 21° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanlı döyüşçü UFC rinqinə çıxacaq

İDMAN

08 Mart 2025 | 11:05 | Müəllif: Əli Hüseynov

Azərbaycanlı döyüşçü UFC rinqinə çıxacaq

Azərbaycanlı döyüşçü Rafael Fiziyev növbəti dəfə UFC rinqinə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz UFC 313 turniri çərçivəsində mübarizə aparacaq.

Döyüşlər ABŞ-nin Las Veqas şəhərində baş tutacaq və martın 8-dən 9-na keçən gecə start götürəcək. Bakı vaxtı ilə səhər saat 7:00-da başlayacaq turnirdə ümumilikdə 12 qarşılaşma təşkil olunacaq.

UFC-nin yüngül çəki dərəcəsinin reytinqində 11-ci pillədə qərarlaşan Fiziyev amerikalı döyüşçü Castin Qeydji ilə üz-üzə gələcək. Bu qarşılaşma turnirin ikinci əsas döyüşü olacaq.

İdmançımız zədə səbəbindən turnirdən kənarlaşdırılan Den Hukerin yerinə bu döyüşə dəvət alıb. Bununla da Rafael, 2023-cü ilin martında UFC 286 çərçivəsində məğlub olduğu rəqibindən revanş almaq şansı qazanıb.

Bu, 32 yaşlı Fiziyevin UFC-dəki 10-cu döyüşü olacaq. O, bu günə qədər 6 qələbə qazanıb və 3 dəfə məğlub olub. Dünya reytinqində 3-cü yerdə olan Castin isə 13 döyüşün 8-də qalib gəlib, 5-də isə məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Rafael Fiziyev UFC-də debütünü 2019-cu ildə edib.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026