• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Futzal millimizin heyətində dəyişikliklər edildi

İDMAN

07 Aprel 2025 | 10:40

Futzal millimizin heyətində dəyişikliklər edildi

Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə qarşılaşacaq Azərbaycanın futzal millisinin heyətində 3 dəyişiklik edilib.

Bakıvaxtı.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən təlim-məşq toplanışına başlayan komandada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.

Təcrübəli qapıçı Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə kənarlaşdırılıb.

Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR