• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Çempionlar Liqasında rekord təkrarlandı

İDMAN

07 May 2025 | 09:22

Çempionlar Liqasında rekord təkrarlandı

İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin oyunlarında rekord təkrarlanıb.

Bakıvaxtı.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirində ikinci dəfə bu raundun matçlarında 13 qol qeydə alınıb.

Kataloniyadakı görüş 3:3 hesabı ilə yekunlaşıb. Milandakı qarşılaşmada isə "İnter" əlavə vaxtda 4:3 (əsas vaxt - 3:3) hesablı qələbəyə sevinib.

Daha əvvəl 2018-ci ildə İtaliyanın digər təmsilçisi "Roma" və İngiltərənin "Liverpul" komandasının ÇL-dəki yarımfinal oyunlarında 13 qol vurulub. Həmin vaxt mersisaydlılar 5:2, "canavarlar" isə 4:2 hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, "İnter" finalda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüşdə Paris təmsilçisi qələbə qazanıb - 1:0.


SON XƏBƏRLƏR

07 May 2025