• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Dünya çempionatında daha bir komanda - Tarixdə ilk dəfə

İDMAN

05 Iyun 2025 | 23:54

Dünya çempionatında daha bir komanda - Tarixdə ilk dəfə

2026-cı ildə keçiriləcək Dünya Kubokuna daha bir ölkə vəsiqə əldə edib. 

Bakıvaxtı.az xəbər verir ki, Asiya üzrə DÇ-2026-nın seçmə mərhələsində Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə 0:0 hesablı heç-heçə edib. A qrupunda son 1 tur qalmış xallarının sayını 18-ə çatdıran özbəklər tarixdə ilk dəfə Dünya Kubokunda iştirak hüququ qazanıblar.

Bununla da, 2026-cı il 11 iyun - 19 iyul arasında baş tutacaq mundialda iştirak edəcək klubların sayı 8-ə çatıb. Turnirdə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanada yığmaları birbaşa ev sahibləri olaraq qatılacaqlar. Vəsiqəni təmin edən digər komandalar isə Yaponiya, Yeni Zelandiya, İran və Argentinadır.  (Offsideplus.az)


SON XƏBƏRLƏR