Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Almaniyada təşkil edilən və bir oyundan ibarət olan mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gəlib. “Ştutqart Arena”da keçirilən gərgin və maraqlı görüş İspaniyanın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İspaniya yığması Millətlər Liqasının finalına adlayıb.
Komanda həlledici matçda Portuqaliya ilə qarşılaşacaq. Portuqaliya ötən gün Almaniyanı məğlub edərək (2:1) finala çıxıb. Yarımfinalın məğlubları isə 3-cü yer uğrunda yarışacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.
5 iyun
Millətlər Liqası, yarımfinal
23:00.İspaniya - Fransa - 5:4
Qollar: Villiams, 22 (1:0), Merino, 25 (2:0), Yamal, 54 (3:0), Pedri, 55 (4:0), Mbappe, 59-pen. (4:1), Yamal, 67 (5:1), Çerki, 79 (5:2), Vivian, 84-avtoqol (5:3), Kolo Muani, 90+3 (5:4)
4 iyun
Almaniya - Portuqaliya - 1:2