• Bakı 13° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Milli Hokkey Liqasında yeni rekord

İDMAN

06 Aprel 2025 | 23:23

Milli Hokkey Liqasında yeni rekord

"Vaşinqton"un hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Aylenders"ə qarşı oyunda 895-ci qolunu vurub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bununla da o, yarışın tarixində 894 qol vuran, Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskiyə məxsus rekordu qırıb.

A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən sərrast snayperlərinin siyahısında birinci pilləyə yüksəlib.


SON XƏBƏRLƏR

08 Aprel 2025