• Bakı 10° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub

İDMAN

06 Aprel 2025 | 23:45

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.

Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.

Qadınlar arasında - 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. -57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.

İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.


SON XƏBƏRLƏR

08 Aprel 2025