• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Qarabağ" "Zirə"ni məğlub etdi

İDMAN

06 Aprel 2025 | 22:14 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Zirə"ni məğlub etdi

Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə"ni məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 15-ci dəqiqədə Kadi Korqes vurub.

"Qartallar"ın heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.

Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" səfərdə "Sabah"a (1:0) qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026