Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov “Qarabağ”klubunun prezidenti Tahir Gozellə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilir.
Görüş Mislu Premyer Liqasını 29-cu turunun bu gün keçirilən “Qarabağ” – “Zirə” oyunu (1:0) çərçivəsində baş tutub.
Tahir Gözel və rektor arasında fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.
Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.
Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.