• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Premyer Liqa: "Neftçi" "Şamaxı" ilə qarşılaşacaq

İDMAN

07 Aprel 2025 | 09:06

Premyer Liqa: Neftçi Şamaxı ilə qarşılaşacaq

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında bu gün "Şamaxı" ilə üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, XXIX turun oyunu saat 15:30-da start götürəcək.

Şamaxı şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla altıncı, meydan sahibləri 28 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura saat 18:00-da “Liv Bona Dea Arena”da keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Naxçıvan komandası 48 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 29 xalla yeddincidir.

Misli Premyer Liqası

IV dövrə, XXIX tur

15:30. “Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.


SON XƏBƏRLƏR