Rusiyanın "Zenit" klubunun gənc futbolçusu Matvey Bardaçovun üzünün bir hissəsi iflic olub.
Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 18 yaşlı müdafiəçinin müalicəsində fəal iştirak edir.
O, ötən yay icarə əsasında "Ural"a keçsə də, qışda geri qayıdıb. "Ural"ın prezidenti Qriqori İvanov oyunçuda ciddi xəstəliyin aşkarlandığını açıqlamışdı.