• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Vitali Borisov Rusiya millisinin baş məşqçisi ilə görüşüb

İDMAN

06 Yanvar 2025 | 17:26

Vitali Borisov Rusiya millisinin baş məşqçisi ilə görüşüb

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Rusiyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çalışdırıcının özü paylaşım edib.

O, Rusiya Superliqasında mübarizə aparan MFK KPRF klubunun qonağı olub. Borisov əsas komandanın məşqini izləyib. Borisov həm klubda, həm Rusiya millisində baş məşqçi olan Besik Zoidze, həmçinin KPRF rəhbərliyi ilə də görüşüb.

Qeyd edək ki, “Araz-Naxçıvan” sabiq baş məşqçisi Arkadi Belıy hazırda MFK KPRF-nın idman direktorudur.


SON XƏBƏRLƏR

18 Aprel 2025