• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

24 yaşlı xorvatiyalı futbolçu vəfat etdi

İDMAN

05 Fevral 2025 | 16:55

24 yaşlı xorvatiyalı futbolçu vəfat etdi

Xorvatiyalı futbolçu Yakov Jelkiç 24 yaşında vəfat edib.

Bakıvaxtı.az “Daily Mail”ə istinadən xəbər verir ki, onun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb.

Polisin nəzərdən keçirdiyi videolarda İsveçrənin III divizion klubu “Qranj Pakkot”un sabiq oyunçusunun Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı görülüb.

Cəsədin analizi zamanı sabiq futbolçunun ağciyərlərində dəniz suyu aşkarlanıb və onun boğularaq öldüyü qənaətinə gəlinib.


SON XƏBƏRLƏR