• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Azərbaycanlı basketbolçu: "Komandadakı dəyişikliklər bizə əlavə güc verdi"

İDMAN

05 Fevral 2025 | 14:34

Azərbaycanlı basketbolçu: Komandadakı dəyişikliklər bizə əlavə güc verdi

Mövsümün ortasında komandada böyük dəyişikliklər oldu və bunlar bizə əlavə güc verdi.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandanın kapitanı yeni oyunçuların kollektivə uyğunlaşdığını bildirib:

"Komanda meydançaya niyə çıxdığını və necə oynayacağını yaxşı bilir. Bir-birimizi yaxşı başa düşürük və hər şey hələlik planlaşdırdığımız kimi gedir. Dəyişikliklərin məqsədi də məhz bu idi".

O, Azərbaycan Basketbol Liqasında "Sabah"a qarşı keçirəcəkləri matçla bağlı da fikirlərini bölüşüb:

"Bu rəqiblə iki uğursuz oyun keçirmişik, amma bu dəfə hər şey fərqli olmalıdır. İnanıram ki, bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik. NTD-nin "Sabah"ı məğlub etməyə kifayət qədər gücü var. Bu, bizim üçün çox vacib görüşdür. Məşqlərdə var gücümüzlə çalışırıq. Liqada artıq 4 qələbə qazanmışıq və növbəti turlarda qalib gələ bilsək, ilk "üçlüy"ə daxil ola bilərik. Çünki rəqiblərdən çox geri qalmırıq. İnanıram ki, ilk "üçlüy"ə düşüb, pley-offa birbaşa yüksələcəyik".

Qeyd edək ki, "Sabah" - NTD qarşılaşması fevralın 7-də, saat 19:00-da start götürəcək.


SON XƏBƏRLƏR