• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Neqredo futbolçusu karyerasını bitirdi

İDMAN

06 Mart 2025 | 17:42

Neqredo futbolçusu karyerasını bitirdi

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.

Bakıvaxtı.az xəbər veriri ki, futbolçu 39 yaşında bu qərarı verib.

A.Neqredo karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya” (hamısı İspaniya) “Mançester Siti”, “Midlsbro” (hər ikisi İngiltərə) və "Beşiktaş" (Türkiyə) klublarında çıxış edib. Onun sonuncu iş yeri La Liqanın digər təmsilçisi “Valyadolid” olub.

O, "Mançester Siti"nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, A.Neqredo İspaniya millisində 21 oyun keçirib və 10 qol vurub. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.


SON XƏBƏRLƏR

14 Mart 2025