• Bakı 28° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Tomas Müller "Bavariya"dan ayrılacağını açıqlayıb

İDMAN

05 Aprel 2025 | 12:23

Tomas Müller Bavariyadan ayrılacağını açıqlayıb

Almaniyanın "Bavariya" klubunun hücumçusu Tomas Müller cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu sosial şəbəkələr vasitəsilə Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını yazıb.

Bütün karyerasını "Bavariya"da keçirən hücumçu Bundesliqa təmsilçisinin heyətində 12 dəfə Almaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Qeyd edək ki, bu mövsüm forvard klubda 36 oyun keçirib, 5 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026