• Bakı 24° C

    8.14 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Qara Qarayev 350-ci oyununu keçirdi

İDMAN

05 May 2025 | 11:15

Qara Qarayev 350-ci oyununu keçirdi

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. “

Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/2009 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Oyunçu Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev - 451

2. Mahmud Qurbanov - 421

3. Rəşad Sadiqov - 392

4-5. Asif Məmmədov - 388

Azər Məmmədov - 388

6. Aslan Kərimov - 382

7. Rəşad Abdullayev - 378

8-9. Elvin Məmmədov - 376

Maksim Medvedev - 376

10. Vurğun Hüseynov - 368

11. Aqil Məmmədov - 363

12. İsmayıl Məmmədov - 351

13. Qara Qarayev – 350


SON XƏBƏRLƏR

30 May 2025