"Turan Tovuz" Futbol Klubu bəyanat yayıb.
Bakıvaxtı.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdıyevin hazırda Azərbaycanda olduğu bildirilib.
"Turan Tovuz" son günlər klub haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlərin yayımlandığını vurğulayıb:
"Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".