• Bakı 19° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

"Qarabağ"ın futbolçusundan mövsümün rekordu

İDMAN

05 May 2025 | 09:33

Qarabağın futbolçusundan mövsümün rekordu

"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.

Bakıvaxtı.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.

O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.


SON XƏBƏRLƏR

04 May 2025