• Bakı 16° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

15 yaşında “Qarabağ”da rəsmi debüt etdi - VİDEO

İDMAN

04 May 2025 | 20:36

15 yaşında “Qarabağ”da rəsmi debüt etdi - VİDEO

Misli Premyer Liqasının bu gün keçirilən “Qarabağ” - “Sumqayıt” matçında (2:0) əlamətdar hadisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, Amin Rzayev 15 yaşında “Qarabağ”ın əsas komandasında debüt edib. O, 84-cü dəqiqədə təcrübəli Elvin Cəfərquliyevin əvəzinə oyuna daxil olub.

A.Rzayev sağ cinah müdafiəçisidir. Onun 16 yaşı hələ bu ilin oktyabrın 12-də tamam olacaq.

O, bu vaxta qədər Ağdam klubunun əsas komandasında yoxlama matçlarında iştirak edib.

A.Rzayev "Qarabağ" akademiyasının yetirməsidir.


SON XƏBƏRLƏR

04 May 2025