• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Azərbaycan güləşçisi 48 aylıq diskvalifikasiya edildi

İDMAN

05 May 2025 | 09:10

Azərbaycan güləşçisi 48 aylıq diskvalifikasiya edildi

Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

Bakıvaxtı.az AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026