• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

“Neftçi” “Kəpəz”lə heç-heçə etdi

İDMAN

04 May 2025 | 22:16 | Müəllif: Subhan Mahmudov

“Neftçi” “Kəpəz”lə heç-heçə etdi

Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” "Kəpəz"lə heç-heçə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Aleks Fernandes (24-cü dəqiqə), Emin Mahmudov (90+6-cı dəqiqə) fərqlənib. Gəncə təmsilçisinin qollarını isə Luis Paçu (50-ci dəqiqə) və Camal Cəfərov (62-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu matçdan sonra xallarının sayını 29-a çatdıran “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 37 xalla 6-cıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR