• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Romao "Qarabağ"la  VİDALAŞDI

İDMAN

05 Fevral 2025 | 16:25

Romao "Qarabağ"la VİDALAŞDI

"Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi "köhlən atlar"la vidalaşıb:

"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim anlar üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol, "Qarabağ". Çox sağ ol, Azərbaycan".

Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026