• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırıldı

İDMAN

05 Fevral 2025 | 15:45

Komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırıldı

Fransanın reqbi üzrə “Biarrits Olimpik” komandasının oyunçusu, 2016-cı ildə Fici yığmasının heyətində olimpiya çempionu olmuş Masivesi Dakuvaka komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb.

Bakıvaxtı.az “Fiji Village”ə istinadən xəbər verir ki, hadisə əyləncə zamanı baş verib.

Şahidlərin sözlərinə görə, Fici millisinin üzvü ilə digər komanda yoldaşı arasında pul üstündə mübahisə yaranıb. Zərərçəkən isə münaqişəyə müdaxilə etməyə çalışarkən xəsarət alıb və onun yanağına 20 tikiş qoyulub.

Dakuvaka əməlini etiraf edib, lakin hadisələri xatırlamadığı üçün hərəkətinin səbəbini izah edə bilməyib. Baş verənlərə görə klubundan kənarlaşdırılan 30 yaşlı oyunçunun mayda məhkəmə qarşısına çıxacağı bildirilir.


SON XƏBƏRLƏR