Qəzəblənən kənd təsərrüfatı həmkarlar ittifaqları Baş nazir Fransua Bayru ilə görüşmək üçün yanvarın 13-nə qədər gözləmək niyyətində deyillər və qərarların mümkün qədər tez qəbul edilməsini istəyirlər.
Bakıvaxtı.az xəbər verir ki, etiraz nümayişi üçün Parisə daxil olmaq istəyən fermerlərin traktor karvanı paytaxtın girişində bloklanıb.
Kənd Koordinasiyası rəhbər komitəsinin üzvü Sebastyen Ero fermerləri Parisdə nümayiş etməyə, insanlara qəzəblərini eşitdirməyə çağırıb.
S.Ero traktor karvanını bloklamak və fermerlərin etiraz nümayişlərini dayandırmaq üçün Daxili İşlər Nazirliyi tərəfindən helikopterlər və zirehli jandarm maşınlarından, eləcə də polis resurslarından istifadə edilməsini pisləyib.
Nümayişçilər fransız standartlarını Avropa standartlarına uyğunlaşdırmağı və nəzarəti dayandırmağı tələb edirlər.