"Delta Air Lines" hava yolları şirkətinə məxsus, göyərtəsində 300-ə yaxın sərnişin olan "Airbus A330" təyyarəsi qalxdığı Minneapolis hava limanına məcburi eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Minneapolis-Amsterdam (Niderland) marşrutu ilə uçmalı olan transatlantik sərnişin təyyarəsinin qanadlarının arxasında yerləşən və uçuşun idarə olunmasına kömək edən flaps sistemində nasazlıq yaranıb.
Pilotlar əvvəl gözləmə zonasına daxil olsalar da, sonra prioritet eniş sorğusu göndəriblər və hava limanına geri dönüblər.