• Bakı 19° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Trampın nümayəndəsi: Ərəb dünyasının Qəzza planı "xəyal"dır

DÜNYA

07 Mart 2025 | 16:50

Trampın nümayəndəsi: Ərəb dünyasının Qəzza planı "xəyal"dır

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Ağ Evdə açıqlama verib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Vitkoff Qəzzanın təhlükəli bir mühitdə yenidən qurulmasının çətinliklərinə toxunub.

"Səudiyyəlilər normallaşmadan danışarkən beş illik proqram üzərində işləyirdilər. Qəzzalılar beş ildən sonra evlərinə gedəcəklərini düşünürdülər və mən deyirəm ki, bu, yuxudur", - xüsusi nümayəndə əlavə edib.

Qəzzada partlamamış hərbi sursatların və digər təhlükələrin yaratdığı riskləri vurğulayan S.Vitkoff bildirib ki, hər bir maraqlı tərəfin xeyrinə uyğun qərarlar qəbul ediləcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026