• Bakı 15° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Rus ordusunun irəliləyişi 5 dəfə azalıb - Kəşfiyyat

DÜNYA

06 Aprel 2025 | 10:35

Rus ordusunun irəliləyişi 5 dəfə azalıb - Kəşfiyyat

Rusiya qüvvələrinin Ukraynada irəliləməsi xeyli ləngiyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, 2025-ci ilin birinci rübündə “ərazi qazancları” azalıb.

Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin martında rus qoşunları Ukraynanın təxminən 143 kvadrat kilometr ərazisini ələ keçirib. 2024-cü ilin noyabr ayında isə Rusiya 700 kv.km-dən çox ərazini işğal etmişdi. O vaxtdan bəri Rusiyanın irəliləyiş tempi aydan-aya azalır. 2025-ci ilin martında rus qoşunlarının əsas irəliləyişi Donetsk bölgəsində olub.

"Rusiya əməliyyat mövqeyini yaxşılaşdıra bilmədi. Ukrayna qüvvələri də Pokrovsk ətrafındakı bəzi əraziləri geri alaraq taktiki əks-hücumlar həyata keçirib", - hesabatda qeyd edilib.


SON XƏBƏRLƏR

06 Aprel 2025