• Bakı 17° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Rusiya təhlükəsi - Polşa qırıcıları havaya qalxdı

DÜNYA

06 Aprel 2025 | 13:56

Rusiya təhlükəsi - Polşa qırıcıları havaya qalxdı

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər "təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib".

Hazırda iqtidarı vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyət nəzarət altında olduğu vurğulanıb./modern.az


SON XƏBƏRLƏR