• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Avropa Şurasından Gürcüstanla bağlı qətnamə

DÜNYA

07 Mart 2025 | 18:37 | Müəllif: Subhan Mahmudov

Avropa Şurasından Gürcüstanla bağlı qətnamə

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstan parlamentinin qəbul etdiyi ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunu pisləyən müvəqqəti qətnamə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərar Nazirlər Komitəsinin “İdentitya və başqaları Gürcüstana qarşı” işi üzrə rüblük iclasında qəbul edilib. İclasda Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməsi məsələsi müzakirə olunub.

“Komitə Gürcüstanın “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qəbul etdiyi qanunu qətiyyətlə pisləyir və onun ləğvinə çağırır. Bu, qərarların icrasında geriyə addımdır və Gürcüstanın Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyini yerinə yetirməsi ilə bağlı ciddi suallar yaradır", - qurumun bəyanatında bildirilib.

Nazirlər Komitəsi, həmçinin Gürcüstanı hamı üçün toplaşmaq və din azadlığına təminat verməyə çağırır.

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstanı LGBTQ icması üzvlərinin sərbəst toplaşmaq azadlığını qorumadığına görə tənqid edib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026